Xaçmazda motosikletlə yük maşını toqquşub, xəsarət alanlar var - VİDEO - FOTO

Xaçmazda motosikletlə yük maşını toqquşub, xəsarət alanlar var - <span style="color: red;">VİDEO  - <span style="color: red;">FOTO
# 18 dekabr 2013 07:28 (UTC +04:00)

Xaçmaz. Vəli Turan – APA. Ötən gün axşam saatlarında Xaçmazda yol-nəqliyyat hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Xaçmaz şəhəri, Ziya Bünyadov küçəsində qeydə alınıb. Xaçmaz şəhər sakini Elşən İsrafilovun idarə etdiyi motosikletlə 33 yaşlı Xaçmaz şəhər sakini Məmmədxan Səfərəliyevə məxsus 27 BH 781 dövlət nömrə nişanlı “Qazel” markalı yük avtomobili toqquşub.

Qəza nəticəsində motosikletin sürücüsü, 26 yaşlı E. İsrafilov və motosikletin sərnişini, 24 yaşlı Xaçmaz şəhər sakini Emin Xanməmmədov xəsarət alıb. Onlar Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. E. İsrafilova qapalı kəllə-beyin travması, E.Xanməmmədova isə sağ diz qapağının sınığı diaqnozu qoyulub.

Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR