“Azər-Türk Bank” “Turizim krediti” aksiyasına başlayıb

“Azər-Türk Bank” “Turizim krediti” aksiyasına başlayıb
# 18 iyul 2014 13:09 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. “Azər-Türk Bank” daha bir turizm agentliyi ilə əməkdaşlıq etməyə başlayıb.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, indi “Volcano Travel”-ə (www.volcanotravel.az) müraciət edərək “Turizm Krediti”ni 18%-lə əldə etmək mümkündür. Bunun üçün iş yerindən arayış və ya əmək haqqı barəsində son 6 ayın hesab çıxarışı tələb olunur.

“Volcano Travel” dünyanın müxtəlif istiqamətlərinə sərfəli qiymətlərlə səyahətlər təşkil edir. “Turizm Krediti” vasitəsilə səyahət paketi alanlar üçün 12 aylıq, 5000 manata qədər kredit xətti açılacaq.

“Azər-Türk Bank” debit və kredit kart sahibləri “Volcano Travel” şirkətindən 15%-ə qədər endirimlər əldə edə biləcək. Səyahət üçün ödəniş edərkən “Azər-Türk Bank” "kartınızı təqdim etməyi unutmayın!

“Turizm Krediti” (FİFD: min.20.4%-maks.36.1%) və digər kreditlər barəsində daha ətraflı məlumat əldə etmək üçün (012) 945 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz (www.azerturkbank.biz).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR