Beyləqanda buğda səpininə görə yardımın verilməsində ciddi nöqsanlar aşkarlanıb

Beyləqanda buğda səpininə görə yardımın verilməsində ciddi nöqsanlar aşkarlanıb
# 17 iyun 2014 14:06 (UTC +04:00)

Nazirliyin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, aparılan monitorinq zamanı Beyləqan rayonunun seçmə yolu ilə müəyyən olunmuş kənd ərazilərində buğda səpininə görə yardımın verilməsi vəziyyəti araşdırılarkən bir sıra ciddi hüquqpozmalar, o cümlədən Nazirlər Kabinetinin 2007-ci il 16 noyabr tarixli qərarı ilə təsdiq edilən “Buğda istehsalçılarının maddi marağının artırılması və buğda istehsalının stimullaşdırılması məqsədi ilə dövlət büdcəsinin vəsaiti hesabına yardım verilməsi Qaydaları”nın tələblərinə əməl olunmadığı müəyyən edilib.

Aparılan monitorinqin yekun nəticələrinə dair materiallar araşdırılması üçün Respublika Prokurorluğuna göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR