Bakıda binada baş vermiş yanğın nəticəsində 4 nəfər tüstüdən boğulma diaqnozu ilə xəstəxanaya aparılıb - FOTOSESSİYA

Bakıda binada baş vermiş yanğın nəticəsində 4 nəfər tüstüdən boğulma diaqnozu ilə xəstəxanaya aparılıb - <span style="color: red;">FOTOSESSİYA
# 11 yanvar 2014 19:52 (UTC +04:00)

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Nərimanov rayonunda dördmərtəbəli inzibati binada baş verib. Dərhal nazirliyin müvafiq yanğınsöndürmə qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğın zamanı 3-cü mərtəbədə tədris otağı, içərisində olan köhnə avadanlıqlar 16 kv.m sahədə və 4-cü mərtəbədə məskunlaşmış köçkünlərin 1 otağının pəncərə cərcivəsi yanıb, istidən 1 ədəd kondisioner əriyib.

Yanğınsöndürənlər tərəfindən binadan 30 nəfər təxliyə olunub. Təcili Tibbi Yardım Stansiyası tərəfindən 4 nəfər tüstüdən boğulma diaqnozu ilə aidiyyəti üzrə aparılıb. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR