Dow Jones indeksi 0,1% enib, S&P 500 0,2%, Nasdaq 0,4% yüksəlib

Dow Jones indeksi 0,1% enib, S&P 500 0,2%, Nasdaq 0,4% yüksəlib
# 13 yanvar 2014 07:02 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Yanvarın 10-da Amerika fond bazarında Dow Jones indeksi 0,1% - 16 437 bəndədək enib, S&P 500 0,2% - 1 842 bəndədək, Nasdaq 0,4% - 4 175 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların dinamikasına əmək bazarı üzrə statistik göstəricilər təsir edib. Belə ki, dekabrda işsizliyin səviyyəsi 7,0%-dən 6,7%-ə enib.

Avropa fond bazarlarında yanvarın 10-da FTSE 100 indeksi 0,7% - 6 740 bəndədək, Almaniya DAX-ı 0,6% - 9 473 bəndədək, Fransa CAC-40-ı isə 0,6% - 4 251 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 1,3% artaraq 1 242,80 dollara bərabər olub.


Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3667 dollar (+0,4%) təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR