Ombudsman Aparatının əməkdaşları Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında araşdırma aparıblar

Ombudsman Aparatının əməkdaşları Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında araşdırma aparıblar
# 19 avqust 2014 13:09 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü əsasında 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Ərşad İbrahimovun Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanma şəraiti ilə bağlı İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovaya müraciəti Ombudsmanın Gəncə Regional Mərkəzinin əməkdaşları tərəfindən araşdırılıb.

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, saxlanılan şəxslə təkbətək görüş zamanı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında əvvəl saxlandığı kamerada sıxlıq olduğundan və səhhətindəki problemlə bağlı hava çatışmazlığı səbəbindən qaldırdığı məsələnin artıq müəssisə rəhbərliyi tərəfindən müsbət həll edilib və kamerasının dəyişdirildiyini bildirib.

Ə.İbrahimov hazırda heç bir probleminin olmadığını, saxlanıldığı kamerada şəraitin normal olduğunu, təcridxananın ümumi şəraitindən və əməkdaşların ona qarşı rəftarından heç bir narazılığının olmadığını söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR