Genişzolaqlı internet abunəçilərinin sayı artıb

Genişzolaqlı internet abunəçilərinin sayı artıb
# 01 avqust 2014 13:14 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Bu ilin I yarımilində genişzolaqlı xidmətlərdən istifadə edən abunəçilərin sayı 16 619 ədəd artıb. Kənar provayderlərə (operatorlara) məxsus ADSL-lər də nəzərə alındıqda Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) şəbəkəsində genişzolaqlı xidmətlərdən istifadə etmək imkanlığı 314 772 porta çatdırılıb.

APA-Economics”in məlumatına görə, bunu BTRİB-in baş direktoru Beytulla Hüseynov bildirib.

Onun sözlərinə görə, hazırda həmin portlardan 257 830 ədədi (BTRİB – 164 607 ədəd, digər provayderlər -91 750 ədəd, Datakom – 1 473 ədəd) abunəçilərə genişzolaqlı xidmətlərin göstərilməsində aktiv istifadə edilir.

“Genişzolaqlı internet xidmətlərindən istifadə edən abunəçilərin sayı durmadan artdığına görə “Bakinternet” internet xidmətinin mövcud mərkəzi platforması 120 000-dən artıq istifadəçinin onlayn rejimdə qoşulmasını, beynəlxalq internet kanalına qoşulma sürətinin 80 Gb/s-dən çox artırılmasını təmin edə bilmirdi. Eyni zamanda, BTRİB şəbəkəsində internet xidmətlərindən istifadə edən abunəçilərin qoşulması üçün İP ünvan çatışmazlığı kimi problemlər yaranmışdı. Bu problemlərin aradan qaldırılması üçün BTRİB-in internet platformasının yenidən qurulmasına zərurət var idi. İnternet platformasının yenidən qurulması üçün bu ilin I rübündə təkliflər hazırlanıb və “CİSCO” avadanlıqların alınması üçün “RİSK” şirkəti ilə müqavilə bağlanıb”, - deyə B. Hüseynov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR