Gəncədə binanın damından meyit tapılıb - VİDEO

Gəncədə binanın damından meyit tapılıb - <span style="color: red;">VİDEO
# 19 yanvar 2014 00:21 (UTC +04:00)

Bakı-APA. Gəncənin Kəpəz rayonunda beşmərtəbəli binanın damında kişi cəsədinin olması barədə məlumat daxil olub. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1940-cı il təvəllüdlü İslam İsmayıl oğlu Səfərov beşmərtəbəli binanın damına çıxıb və ürək tutmasından orada vəfat edib. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə cəsədi düşürüb aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 23:40-da başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR