İraqın baş naziri İrana gəlir

İraqın baş naziri İrana gəlir
# 03 dekabr 2013 09:36 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli - APA. İran Səudiyyə Ərəbistanı ilə düzgün dialoq qurmaq niyyətindədir.

APA-nın məlumatına görə, bunu jurnalistlər üçün keçirilən brifinqdə İran Xarici İşlər Nazirliyin mətbuat katibi Mərziyyə Əfxəm bildirib.

Onun sözlərinə görə, Səudiyyə Ərəbistanının regionda mövqeyi çox vacibdir və iki ölkə arasında dialoq mövcud anlaşmazlıqların aradan qaldırılmasına kömək edəcək.

M.Əfxəm həmçinin xatırladıb ki, bu yaxınlarda İran XİN rəhbəri Məhəmməd Cavad Zərif bir sıra Fars körfəzi ölkələrinə səfər edib və bu, İranın regiona olan marağının göstəricisidir: “Sabah xarici işlər naziri Birləşmiş Ərəb Əmirliklərinə səfər edəcək. Əbu Dabi və Dubayı ziyarət edən XİN rəhbəri bir sıra rəsmi görüşlər keçirəcək və bu ölkədə yaşayan İran diasporunun nümayəndələri ilə görüşəcək. İranın regionla bağlı yanaşması ondan ibarətdir ki, ölkəmiz Fars körfəzi ölkələri ilə münasibətlərdə yeni səhifə açmaq niyyətindədir. Siyasətimiz bu regionda stabilliyi gücləndirməyə yönəlib”.

İran XİN sözçüsü əlavə edib ki, sabah İraqın baş naziri Nuri əl-Məliki də İrana səfərə gələcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR