“Bölgələrdən paytaxta” layihəsinin növbəti təqdimatı keçirilib

“Bölgələrdən paytaxta” layihəsinin növbəti təqdimatı keçirilib
# 27 aprel 2015 18:01 (UTC +04:00)

APA-nın məlumatına görə, tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, TÜRKSOY-un katibi Düsen Kaseinov, rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri iştirak edib.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, Gədəbəyə həsr olunan tədbir layihənin beşinci tədbiridir: “Gədəbəydən olan incəsənət xadimləri yaradıcılıqlarının müxtəlif nümunələrini təqdim edəcəklər. Bu, mədəniyyət və turizmin inkişafına təkan verən layihədir. Gədəbəy təbiəti, ənənəsi ilə Azərbaycanda xüsusi yeri olan məkandır. Bu rayonun fərqləndirən xüsusiyyətlərdən biri də ilk sənaye rayonlarından biri olmasıdır. İnanıram ki, bizim digər tədbirlər kimi budəfəki təqdimatımız da insanların ürəyincə olacaq və “Bölgələrdən paytaxta” layihəsi bundan sonra da davam edəcək”.

Layihə çərçivəsində Gədəbəyin mədəniyyətinin tarixini və müasir zənginliklərini, adət-ənənələrini əks etdirən dekorativ tətbiqi sənət ustalarının əl işləri, mətbəx nümunələri sərgilənib, bölgənin turizm imkanları təbliğ olunub, incəsənət ustalarının konserti təşkil edilib.

Qeyd edək ki, il ərzində “Bölgələrdən paytaxta” layihəsi üzrə Lənkəran, Gəncə, İsmayıllı, Şəmkir və Abşeron rayonlarının da Bakı şəhərində mədəni tədbirləri nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR