“Fəal gənclər - fəal cəmiyyət” layihəsi çərçivəsində Hacıqabul rayonunda təlimlər keçirilib - FOTO

“Fəal gənclər - fəal cəmiyyət” layihəsi çərçivəsində Hacıqabul rayonunda təlimlər keçirilib - <span style="color: red;">FOTO
# 04 yanvar 2014 13:57 (UTC +04:00)

Bakı – APA. “İdeal Gələcək” gənclər ictimai birliyi Azərbaycan prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Fəal gənclər - fəal cəmiyyət” layihəsi çərçivəsində Hacıqabul rayonunda təlimlər keçirib. Fonddan APA-ya verilən xəbərə görə, layihənin məqsədi gənclər siyasəti sahəsində qəbul edilmiş normativ-hüquqi aktların, dövlət proqramlarının effektiv tətbiqi səviyyəsini layihə çərçivəsində öyrənmək, gənclər siyasəti sahəsində qəbul edilmiş qanunlardan gənclərin necə yararlanmasını müəyyən etmək, bu qanunlarla bağlı gənclərin bilik səviyyəsini öyrənmək, gəncləri düşündürən problemləri üzə çıxarmaq, azərbaycançılıq ideyasının cəmiyyətdə, ələlxüsus gənclər arasında təbliği və maarifləndirmə işinə yardımçı olmaqdır.

Tədbir çərçivəsində iştirakçılar dövlət gənclər siyasətinin əsas istiqamətləri ilə tanış olub, gənclərin hüquq və vəzifələri haqqında informasiya alıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR