Rusiyada qafqazlılar arasında kütləvi dava olub - VİDEO

Rusiyada qafqazlılar arasında kütləvi dava olub - <span style="color: red;">VİDEO
# 01 fevral 2014 01:45 (UTC +04:00)

APA-nın “Lenta.ru”-ya istinadən verdiyi məlumata görə, insident yanvarın 27-ə keçən gecə qeydə alınıb.

Kütləvi davada 40 nəfərə yaxın çeçen, inquş və azərbaycanlılar iştirak edib. Nəticədə dava iştirakçılarından biri, 29 yaşlı çeçen kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib. Digər bir-neçə şəxs yüngül bıçaq yarası alıb.

Hazırda hadisə ilə bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111 (qəsdən sağlamlığa vurulan ağır zərər) və 213-cü (xuliqanlıq) maddələri üzrə cinayət işi açılıb. İki Azərbaycan vətəndaşı müttəhim, daha iki nəfər isə şübhəli qismində saxlanılıb.

Kareliya DİN-i mətbuat xidmətinin məlumatına əsasən, münaqişə məişət zəminində baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR