Bakıda 24 yaşlı oğlan bıçaqlanıb

Bakıda 24 yaşlı oğlan bıçaqlanıb
# 06 dekabr 2013 07:14 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda 24 yaşlı oğlan bıçaqlanıb. Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Nigar Rəfibəyli-34 ünvanında qeydə alınıb.

1991-ci il təvəllüdlü Hacıbala Böyükağa oğlu Hənifəyev aralarında yaranan münaqişə zəminində 1989-cu il təvəllüdlü Tural Şahin oğlu Abdullazadəni bıçaqlayıb. Hadisəni törədən H.Hənifəyev tutulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR