İran və “altılıq” ölkələrinin ekspert qrupu bu gün Vyanada görüşəcək

İran və “altılıq” ölkələrinin ekspert qrupu bu gün Vyanada görüşəcək
# 10 dekabr 2013 08:52 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli - APA. İranın nüvə proqramı ilə bağlı keçirilən danışıqlarda iştirak edən “altılıq” ölkələrinin ekspert qrupu bu gün Vyana (Avstriya) şəhərində bir araya gələcək.

APA-nın “Press TV” kanalına istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlər üçün keçirilən həftəlik brifinqdə İran Xarici İşlər Nazirliyinin sözçüsü Mərziyyə Əfxəm bildirib.

Onun sözlərinə görə, görüşdə İranın nüvə proqramı əsas müzakirə mövzusu olacaq. Görüşdə eyni zamanda İranla “altılıq” ölkələri arasında əldə olunmuş Cenevrə razılaşmasının həyata keçirilməsi mexanizmləri də nəzərdən keçiriləcək.

İran tərəfini XİN-in siyasi və hüquq məsələləri üzrə baş direktoru Həmid Baedinecad, “altılıq” ölkələrini isə Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştonun müavini Stiven Klementin başçılıq etdiyi nümayəndə heyəti təmsil edəcək.

M.Əfxəm eyni zamanda İrana qarşı tətbiq olunan sanksiyaların aradan qaldırılmasından da danışıb. Onun sözlərinə görə, artıq sanksiyaların tədricən aradan qaldırılmasına başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR