Azərbaycan Frankfurtda keçirilən beynəlxalq biznes və turizm sərgisində iştirak edib

Azərbaycan Frankfurtda keçirilən beynəlxalq biznes və turizm sərgisində iştirak edib
# 03 iyun 2014 14:32 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Azərbaycan Frankfurtda keçirilən IMEX beynəlxalq biznes və turizm sərgisində ilk dəfə iştirak edib.

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, sərgidə Azərbaycanı nazirliyin dəstəyi ilə Azərbaycan Konqreslər Bürosu və onun tərəfdaşları təmsil edib.

Nazirlikdən bildiriblər ki, sərgi çərçivəsində Azərbaycan Konqreslər Bürosu və onun üzvləri - Rusiya, Türkiyə və Orta Şərq ölkələri kimi hədəf bazar təmsilçiləri ilə səmərəli görüş və iclaslar keçirib. Görüşlər zamanı Avropa ölkələri Azərbaycan və onun turizm bazarına xüsusi maraq göstərib.

Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov Azərbaycanın turizm sahəsində əldə etdiyi nailiyyətlərdən, turizm sahəsində yaradılan geniş imkanlardan danışıb.

Sərgidə Azərbaycan Konqreslər Bürosu tərəfindən ölkəmizin biznes turizm sahəsində imkanları təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR