Azərbaycanda mənzil-kommunal təsərrüfatları təşkilatlarının ləğv edilməsi və bələdiyyələrin səlahiyyətlərinin artırılması təklif olunur

Azərbaycanda mənzil-kommunal təsərrüfatları təşkilatlarının ləğv edilməsi və bələdiyyələrin səlahiyyətlərinin artırılması təklif olunur
# 13 noyabr 2013 14:02 (UTC +04:00)

Onun sözlərinə görə, bir çox Avropa ölkələrində olduğu kimi bu missiyanı özəl təşkilatlar yerinə yetirərsə, bu, daha effektiv olar: «Düşünürəm ki, sosial xidmətlər sahəsini qeyri-dövlət təşkilatları yerinə yetirsə, mövcud olan müəyyən problemlər də aradan qalxar».


A.Quliyev bildirib ki, bununla yanaşı bələdiyyələrin səlahiyyətləri genişləndirilməlidir: «Bu gün mənzil-kommunal təsərrüfatları təşkilatları öz həyata keçirməli olduğu öhdəliklərin öhdəsindən gələ bilmir. Düşünürəm ki, onlar ləğv edilməli və onların həyata keçirdiyi işlər bələdiyyələrə həvalə olunmalıdır. Bələdiyyələr müəyyən kommunal ödənişləri yığa bilər və kommunal təsərrüfatlarının bəzi xidmətlərini həyata keçirə bilər. Bu da özü-özlüyündə bələdiyyələrin səlahiyyətlərinin və gəlir mənbələrinin artmasına səbəb olar. Həmçinin, bu, bələdiyyələrin inkişafına bir dəstək olar».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR