AEBA müfəttişləri bu gün İrana səfər edəcək

AEBA müfəttişləri bu gün İrana səfər edəcək
# 07 dekabr 2013 10:34 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) müfəttişləri bu gün İrana səfər edəcək. APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, müfəttişlər dekabrın 7-də İran Atom Enerjisi Təşkilatının rəsmiləri ilə görüşdükdən sonra dekabrın 8-də Ərak ağır su nüvə reaktorunda araşdırma aparacaqlar. Bu, AEBA müfəttişlərinin həmin nüvə obyektinə üçüncü baxışı olacaq.

Qeyd edək ki, noyabrın 11-də İranla beynəlxalq agentlik arasında əməkdaşlığa dair razılaşma əldə olunub və həmin sənədə əsasən, rəsmi Tehran agentliyin müfəttişlərinə Ərak ağır su nüvə reaktoruna baxış keçirməyə icazə verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR