Kiyevin Müstəqillik meydanında 11 etirazçı saxlanılıb

Kiyevin Müstəqillik meydanında 11 etirazçı saxlanılıb
# 11 dekabr 2013 04:26 (UTC +04:00)

APA-nın Ukrayna DİN-in saytına istinadən verdiyi xəbərə görə, etirazçılar asayiş keşikçilərinə qarşı gözyaşardıcı qaz, tüstüləyici şaşkalardan istifadə edib.

Məlumata görə, hazırda Müstəqillik meydanında minədək etirazçı qalmaqdadır.

Bir müddət əvvəl Daxili Qoşunlar və “Berkut” xüsusi təyinatlı polis dəstəsi Müstəqillik meydanında qurulan barrikadalara hücuma keçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR