ABŞ Dövlət Departamenti: Nüvə müzakirələri məğlubiyyətə uğrasa, qısamüddətli və təhlükəli variantlar gündəmə gələcək

ABŞ Dövlət Departamenti: Nüvə müzakirələri məğlubiyyətə uğrasa, qısamüddətli və təhlükəli variantlar gündəmə gələcək
# 01 fevral 2014 11:30 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “İranın nüvə məsələsinin birdəfəlik həlli məqsədilə davam etdirilən müzakirələr məğlubiyyətə uğrayarsa, digər variantlar kimi hərbi seçim də masa üzərində olacaq”.

APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Mari Harf bildirib.

Onun sözlərinə görə, ABŞ tezliklə hərbi varianta əl atmayacaq: “İranın nüvə məsələsində ilk öncə diplomatik yollara müraciət ediləcək. Əgər heç bir irəliləyiş baş verməsə, 6 ay, 1 il və ya hər hansı bir zaman çərçivəsində nəticə əldə olunması üçün digər variantlar gündəmə gələcək. Bu variantlar qısamüddətli və təhlükəli olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR