AZAL Bakı-Pekin aviareysinin açılmasına hazırlaşır

 AZAL Bakı-Pekin aviareysinin açılmasına hazırlaşır
# 15 iyul 2013 07:57 (UTC +04:00)

Məlumata əsasən, ilk öncə açılışı may ayında nəzərdə tutulan bu reys, Çin tərəfinin aviaşirkətlər qarşısında qoyduğu yeni tələblərlə əlaqədar, müvəqqəti olaraq təxirə salınıb.


Uçuşlar müasir və komfortlu «Airbus A-340» və «Boeing-767» tipli təyyarələrlə, həftədə iki dəfə həyata keçiriləcək: Bakı-Pekin aviareysi II və V günlər, Bakıdan saat 15:15-də, Pekin-Bakı aviareysi isə III və VI günlər, Pekindən saat 05:45-də yerinə yetiriləcək.


Bakı-Pekin-Bakı istiqamətində «ekonom» sinifli aviabiletlərin minimal qiyməti 473 avro təşkil edir (yığımlar və rüsumlar daxildir).


Həmçinin, AZAL Çinin tərəfdaş aviaşirkətləri ilə birgə, öz sərnişinlərinə Pekindən Çinin digər şəhərlərinə (Quanjou, Şanxay, Şenjen, Xanjou, Jenqjou, Ksian (Sian), Çenqdu və s.), eləcə də Şərqi və Cənub-Şərqi Asiya ölkələrinin hava limanlarına uçuşlar üçün xüsusi tariflər təqdim edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR