Rusiya Gürcüstandan alma idxalını bərpa edib

Rusiya Gürcüstandan alma idxalını bərpa edib
# 31 oktyabr 2013 02:37 (UTC +04:00)

Bakı-APA. Rusiya 7 illik fasilədən sonra Gürcüstandan alma idxalını bərpa edib. APA-nın məlumatına görə, bu barədə “İnterfaks”a Gürcüstanın Kənd Təsərrüfatı Nazirliyindən bildiriblər.

Artıq almanın ilk partiyası Rusiya-Gürcüstan sərhədini keçib. Məhsulun bir hissəsi Moskvaya, digəri isə Sibirə gedir.

Gürcüstanın Kənd Təsərrüfatı Nazirliyindən onu da bildiriblər ki, almadan sonra Rusiyaya mərhələli şəkildə armud, heyva və fındıq ixracı bərpa oluncaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR