Fələstin administrasiyası İsrail ilə danışıqlara hazırdır

Fələstin administrasiyası İsrail ilə danışıqlara hazırdır
# 06 noyabr 2013 22:54 (UTC +04:00)

Bakı-APA. Fələstin administrasiyasının başçısı Mahmud Abbas ABŞ dövlət katibi Con Kerriyə deyib ki, fikir ayrılıqlarına baxmayaraq, İsrail ilə sülh danışıqlarını davam etdirməyə hazırdır. APA-nın «RİA Novosti»yə istinadən verdiyi məlumata görə, münaqişə tərəfləri ilə növbəti müzakirələr üçün Yaxın Şərq bölgəsinə gəlmiş ABŞ dövlət katibi Con Kerrini bəyan edib ki, bir sıra çətinliklərə baxmayaraq, danışıqların sonuna yarım il qalmış sülh sazişinə nail olmaq mümkündür.

“Prezident Abbas təsdiq edib ki, danışıqlar davam edəcək”, - deyə Mahmud Abbasın mətbuat katibi Nabil Əbu Rudeyn bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR