İran "altılıq" ölkələrinin Cenevrədə siyasi iradə nümayiş etdirəcəyini gözləyir

İran "altılıq" ölkələrinin Cenevrədə siyasi iradə nümayiş etdirəcəyini gözləyir
# 07 noyabr 2013 04:35 (UTC +04:00)

Bakı-APA. Tehran Cenevrədə “altılıq” ölkələri ilə danışıqlarda qarşılıqlı anlaşmanın əldə ediləcəyinə ümid edir. APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, bunu noyabrın 6-da Vyanadan Cenevrəyə gəlmiş İran xarici işlər nazirinin hüquqi və beynəlxalq məsələlər üzrə müavini Seyid Abbas Əraqçı deyib. O qeyd edib ki, anlaşmanın əldə edilməsi üçün beynəlxalq vasitəçilər danışıqlarda siyasi iradə nümayiş etdirməlidir.

“Cenevrə danışıqları “altılıq” ölkələrinin siyasi iradəsini yoxlamağa imkan verəcək. Ümid edirəm ki, tərəflərin mövqeləri, habelə ümumi məqsəd daha yaxın olacaq və biz razılaşdırılmış qərar əldə edəcəyik”, - deyə o vurğulayıb.

Qeyd edək ki, “altılıq” ölkələri ilə İran arasında danışıqlar noyabrın 7-8-də Çenevrədə baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR