Əli Həsənov: “2013-cü il Dağlıq Qarabağla bağlı Azərbaycanın ədalətli mövqeyinin beynəlxalq birlik tərəfindən dəstəklənməsi baxımından mühüm il olub”

Əli Həsənov: “2013-cü il Dağlıq Qarabağla bağlı Azərbaycanın ədalətli mövqeyinin beynəlxalq birlik tərəfindən dəstəklənməsi baxımından mühüm il olub”
# 29 dekabr 2013 14:16 (UTC +04:00)

BMT, Avropa Parlamenti, ATƏT, Avropa Şurası, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatların qərar və qətnamələrində Azərbaycanın ərazi bütövlüyü dəstəklənib, Ermənistan hakimiyyətindən işğal altında olan Azərbaycan torpaqlarını boşaltmaq tələb olunub. Artıq 9 ölkənin parlamenti Xocalı soyqırımını tanıyıb. ABŞ-ın 13 ştatının qanunverici orqanı Xocalı qətliamını müasir dövrün ən dəhşətli faciələrindən biri, soyqırımı kimi tanıyan sənədlər qəbul edib”.

Bunu APA-ya müsahibəsində Azərbaycan Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov 2013-cü ilin yekunlarını dəyərləndirərkən deyib.

Başa çatmaqda olan ildə Azərbaycanın xarici siyasətindəki uğurlardan danışan Ə.Həsənov ölkəmizin BMT Təhlükəsizlik Şurasına sədrliyinin və gördüyü işlərin mühüm əhəmiyyət daşıdığını deyib. O bildirib ki, bu, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri dünya ictimaiyyətinin diqqətində saxlamaq üçün də bir vasitə olub: “BMT tarixində ilk dəfə olaraq Azərbaycanın təşəbbüsü ilə “Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi” mövzusunda qurumun yüksək səviyyəli iclası keçirilib. Ümumiyyətlə, Azərbaycan BMT Təhlükəsizlik Şurasında iki illik fəaliyyəti ilə bir daha təsdiq edib ki, qlobal təhlükəsizliyə, sabitliyə, dünyada sülhün, əmin-amanlığın bərqərar olmasına, sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun inkişafına töhfə vermək iqtidarındadır və bu işdə əlindən gələni edir. Bu müddət ərzində Azərbaycan BMT-nin üzv dövlətləri, qurumun rəhbər orqanları, digər beynəlxalq təsisatlarla sıx işbirliyi və əməkdaşlıq münasibətlərini inkişaf etdirib”.

2013-cü ildə də Azərbaycanın çoxsaylı beynəlxalq və regional tədbirə ev sahibliyi etdiyini deyən şöbə müdiri Birinci Cənubi Qafqaz Forumunun, II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun, ABŞ-Azərbaycan Forumunun, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısının, Davos İqtisadi Forumunun, III Beynəlxalq Humanitar Forumunun, çoxsaylı idman yarışlarının və digər mühüm tədbirlərin keçirildiyini xatırladıb: “Bu tədbirlər ölkəmizin dünya miqyaslı iqtisadi, siyasi və humanitar dialoq mərkəzinə çevrildiyini əyani şəkildə göstərdi. Digər tərəfdən, bu tədbirlər regionda mühüm məsələlərin müzakirəsinə və həllinə, türkdilli xalqlar arasında dostluq və qardaşlıq əlaqələrinin möhkəmlənməsinə, dünya səviyyəsində mədəniyyətlərarası dialoqun, humanitar əməkdaşlığın güclənməsinə, qlobal iqtisadi məsələlərin nəzərdən keçirilməsi və onların ətrafında səmərəli fikir mübadiləsinin təşkilinə öz mühüm töhfəsini verib”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR