Təhsil Nazirliyi yetkinlik yaşına çatmamış Azərbaycan vətəndaşlarına müraciət edib

Təhsil Nazirliyi yetkinlik yaşına çatmamış Azərbaycan vətəndaşlarına müraciət edib
# 04 sentyabr 2013 08:40 (UTC +04:00)

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” dövlət başçısının fərmanına əsasən, 2 sentyabr tarixindən etibarən Təhsil Nazirliyi ümumvətəndaş pasportu alınması üçün vəsatət məktublarının verilməsini dayandırıb. Ümumvətəndaş pasportu almaq istəyən yetkinlik yaşına çatmamış hər bir vətəndaş bilavasitə Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə müraciət etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR