Paytaxtda liftdə qalmış 4 nəfər xilas edilib

Paytaxtda liftdə qalmış 4 nəfər xilas edilib
# 12 yanvar 2014 02:51 (UTC +04:00)

Bakı-APA. Bakının Xətai rayonunda ötən gecə doqquzmərtəbəli yaşayış binasının liftində 4 nəfər köməksiz vəziyyətdə qalıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, lift elektrik cərəyanının kəsilməsi səbəbindən 2-ci mərtəbədə dayanıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 3-cü mərtəbəyə qaldırıb qapılarını açıb və vətəndaşların liftdən çıxmasına şərait yaradıblar.

Əməliyyat saat 01:45-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR