Təqsirləndirilən şəxsdən qadağan olunmuş vasitələr götürülüb

Təqsirləndirilən şəxsdən qadağan olunmuş vasitələr götürülüb
# 12 mart 2014 07:25 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində təqsirləndirilən şəxsdə qadağan olunmuş vasitələr aşkarlayıblar.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Cinayət Məcəlləsinin 234.4.1; 234.4.3; 67.1 maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum edilmiş məhkum Seymur Yavər oğlu Məmmədovun üzərinə baxış keçirilən zaman əynində olan şalvarın cibindən 1 ədəd “Ken Xin Da” markalı mobil telefon aparatı, 1 ədəd “Sim” danışıq kartı və 1 ədəd elektrik qidalandırıcısı aşkar edilərək götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR