Elektron Təhlükəsizlik Mərkəzinin rəsmi internet səhifəsi təqdim olunub

Elektron Təhlükəsizlik Mərkəzinin rəsmi internet səhifəsi təqdim olunub
# 31 yanvar 2014 12:38 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) yanında fəaliyyət göstərən Elektron Təhlükəsizlik Mərkəzi (ETM) rəsmi veb resursunu istifadəyə verib.

RİTN-nin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, cert.az domenində təqdim olunan resursda ETM barədə məlumatlar, qurumun fəaliyyət istiqamətləri, təqdim etdiyi xidmətlərlə bağlı informasiyalar əks olunub.

Azərbaycan və ingilis dillərində istifadəçilərə təqdim olunan saytda "Əlaqə" və "Qaynar xətt" bölmələri də mövcuddur. Bu bölmələr vətəndaşlarla Mərkəz arasında interaktiv və daha operativ əlaqənin qurulmasına xidmət edir. “1654” nömrəsi ilə "Qaynar xətt"lə əlaqə saxlayan vətəndaşlar üzləşdikləri kiber təhlükələr, hücumlar, elektron insidentlər barədə məlumat verə bilərlər.

Hələlik ilkin versiyada ictimaiyyətə təqdim olunan saytda kiber təhlükələrə qarşı mübarizə üsulları, qanunvericilik bazası, faydalı keçidlər və tövsiyələr, istifadəçiləri ən çox maraqlandıran suallara cavablar da yer alıb.

Qeyd edək ki, mərkəz - kibertəhlükəsizlik sahəsində informasiya infrastrukturu subyektlərinin fəaliyyətinin koordinasiyasını, mövcud və yarana biləcək elektron təhlükələr barədə ölkə səviyyəsində məlumatlandırmanı, əhalinin, özəl və digər qurumların kibertəhlükəsizlik sahəsində maarifləndirilməsini və onlara metodiki kömək göstərilməsini təmin edən əlaqələndirici qurum olan dövlət orqanıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR