Qubada yük maşını minik avtomobili ilə toqquşub, ölən var - FOTO - VİDEO

Qubada yük maşını minik avtomobili ilə toqquşub, ölən var - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 18 noyabr 2013 09:00 (UTC +04:00)

Quba. Vəli Turan – APA. Bu gün Quba rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Quba-Rusiya Federasiyası yolunun 162-ci kilometrliyində, Quba rayonun İqrıq kəndi ərazisində qeydə alınıb. “MAN” markalı yük maşını ilə “VAZ 2106” markalı minik maşını toqquşub. Qəza nəticəsində minik maşınının sürücüsü Elnur Əzizov hadisə yerində dünyasını dəyişib. Yük avtomobilinin sürücüsü Dadaş Şeydadayev isə xəsarət almayıb.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat idarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR