Xaçmazda sərnişin avtobusu qəzaya uğrayıb, 7 nəfər xəsarət alıb - FOTO - VİDEO

Xaçmazda sərnişin avtobusu qəzaya uğrayıb, 7 nəfər xəsarət alıb - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 08 fevral 2014 07:48 (UTC +04:00)

APA-nın şimal bürosunun məlumatına görə, hadisə yolun Xaçmaz rayonunun Mürşüdoba kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Xaçmaz-Xudat marşrutu ilə hərəkət edən 90 NC 385 dövlət nömrə nişanlı “Hundai” markalı sərnişin avtobusu hərəkətdə olarkən idarəetməni itirərək ağaca çırpılıb. Nəticədə 7 nəfər müxtəlif bədən xəsarətləri alaraq Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR