İqtisadiyyat və sənaye naziri Rusiyanın regional inkişaf naziri ilə görüşüb

İqtisadiyyat və sənaye naziri Rusiyanın regional inkişaf naziri ilə görüşüb
# 23 iyun 2014 17:24 (UTC +04:00)

APA-Economics”in məlumatına görə, görüşdə Ş. Mustafayev Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini, dostluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan Azərbaycan-Rusiya əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayıb. O qeyd edib ki, ölkələr arasında iqtisadi sahədə də əməkdaşlıq genişlənir: “Azərbaycan və Rusiya arasında möhkəm müqavilə-hüquqi baza yaradılıb. Ticarət, qarşılıqlı investisiya qoyuluşu və humanitar sahələrdə iki ölkə arasında əlaqələr uğurla davam edir. Azərbaycan Rusiyanın subyektləri ilə fəal əməkdaşlıq edir. Ölkələrimiz arasında əlaqələrin inkişafında Azərbaycan-Rusiya Regionlararası Forumunun əhəmiyyətini qeyd edən nazir Şahin Mustafayev Qəbələdə keçirilən forumun əməkdaşlığın daha da genişləndirilməsinə töhfə verəcək”.


İ. Slyunyayev V Azərbaycan-Rusiya Regionlararası Forumunda Rusiya Federasiyasının geniştərkibli nümayəndə heyəti ilə təmsil olunduğunu qeyd edib. Forumda Rusiyanın 25 subyektinin və müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamlarının iştirak etdiyini bildirən cənab Slunyayev tədbirin regional əlaqələrin inkişafına, Azərbaycan-Rusiya işgüzar tərəfdaşlığının genişlənməsinə yeni perspektivlər açacağına əminliyini ifadə edib.

Görüşdə Azərbaycan və Rusiya regionları arasında əməkdaşlıq imkanları, kənd təsərrüfatı, sənaye və iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin genişləndirilməsi, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Qeyd edək ki, V Azərbaycan-Rusiya Regionlararası Forumu sabah da öz işini davam etdirəcək. Həmin gün Azərbaycan və Rusiya arasında kənd təsərrüfatı, turizm, bank işi, sahibkarlıq sahəsində əlaqələrə və əməkdaşlıq perspektivlərinə dair dəyirmi masalar keçiriləcək, əməkdaşlığa dair sənədlər imzalanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR