Bakıda 47 yaşlı kişi naməlum şəxs tərəfindən bıçaqlanıb

Bakıda 47 yaşlı kişi naməlum şəxs tərəfindən bıçaqlanıb
# 18 aprel 2014 07:14 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda bıçaqlanma hadisəsi baş verib.

Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gecə saat 23 radələrində, Puşkin küçəsi-2 ünvanında qeydə alınıb.

Bakı şəhər sakini, 1967-ci il təvəllüdlü Meybulla Bəşir oğlu Meybullayev naməlum şəxs tərəfindən bıçaqlanıb.

M. Meybullayev ağır bədən xəsarətləri ilə Klinik Tibbi Mərkəzə yerləşdirilib.

Hazırda polis hadisəni törədən şəxsin tapılması istiqamətində iş aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR