Vaqif Qələndər: "Qanun insanların cinsiyyətinin əməliyyat yolu ilə dəyişdirilməsinin əleyhinədir"

Vaqif Qələndər: "Qanun insanların cinsiyyətinin əməliyyat yolu ilə dəyişdirilməsinin əleyhinədir"
# 31 may 2014 10:29 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. “Burun əməliyyatı edənlərin daha çoxdur. Anadangəlmə qüsurları olanlar isə daha çox dodaq və damaq yarıqları, çapıqlar, anadangəlmə qulaq və boyun əyriliyi əməliyyatları etdirilər".

APA-nın xəbərinə görə, bunu Plastik Cərrahiyyə Birliyinin sədri Vaqif Qələndər jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, cinsiyyəti dəyişmək istəyə bağlı olmamalıdır: "Qanun insanların cinsiyyət orqanının əməliyyat yolu ilə dəyişdirilməsinin əleyhinədir. Belə bir əməliyyatı cinsiyyət orqanında xəstəliyi olan insanlar edə bilərlər. Əməliyyat yalnız hermofradit insanlarda aparıla bilər. Yəni adamın cinsiyyət orqanı ikilidirsə, onu əməliyyat yolu ilə bir cinsiyyət orqanı eləmək olar. Bu əməliyyat da xromosom testinə uyğun aparılmalıdır. Genetik göstəricilər uyğun olarsa, əməliyyata icazə verilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR