Azərbaycanda yeni siyasi partiya təsis olunub

Azərbaycanda yeni siyasi partiya təsis olunub
# 30 yanvar 2014 12:48 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Bu gün Gələcək Azərbaycan Partiyasının (GAP) təsis konfransı keçirilib.

APA-nın məlumatına görə, partiyanın Təşkilat Komitəsinin üzvü Ağa Abdullağolu bildirib ki, partiya 2013-cü il dekabrın 20-də 13 nəfər İdarə Heyətinin üzvü iştirakı ilə təsis olunub, artıq 11 rayonda təşkilat komitəsi yaradılıb.

Partiyanın Təşkilat Komitəsinin sədri Ağasif Şakiroğlu isə ənənəvi müxalifətin 20 ildir ki, uğursuz fəaliyyət göstərdiyini, Azərbaycan cəmiyyətini davamlı məğlubiyyətə apardığını vurğulayıb: “Biz demokratik düşərgənin dirçəlməsinə, əsasən gənclərin ictimai-siyasi həyatdakı rolunun artması istiqamətində çalışacağıq. Real və prinsipial müxalifət partiyaları ilə əməkdaşlıq etməyə hazırıq”.

Onun sözlərinə görə, fevralın 14-də partiyanın qurultayı keçiriləcək: “Qurultaya yer ayrılması üçün müvafiq orqanlara müraciət olunacaq. Qurultaydan sonra regionlardakı təşkilatlanma işi daha da sürətlənəcək. Partiyanın qərargahla təmin olunması istiqamətində addımlar atılacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR