TEAS Dağlıq Qarabağ münaqişəsi qurbanlarının problemlərini Britaniya parlamentinin diqqətinə çatdırır - FOTO

TEAS  Dağlıq Qarabağ münaqişəsi qurbanlarının problemlərini Britaniya parlamentinin diqqətinə çatdırır - <span style="color: red;">FOTO
# 09 iyun 2014 12:48 (UTC +04:00)

Cəmiyyətdən APA-ya verilən xəbərə görə, davamlı şəkildə fəaliyyət göstərən bu yeni internet layihəsinə uyğun olaraq Böyük Britaniya parlamentinin hər bir üzvünə ad günü münasibətilə təbrik açıqcası göndərilir. Hər bir açıqcada 1 milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkününün hər birinin şəxsi mesajı yer alıb.

Açıqçalar insanların öz doğma yurd-yuvalarına qayıtmaq istəyini bildirən “Many Happy Returns” adlı adi ingilis təbrikləridir. Hər bir açıqcada tanınmış alman fotoqrafı Filip Ratmer tərəfindən üç düşərgədə çəkilmiş məcburi köçkünün fotoşəkli yerləşdirilib.

Açıqca sahibləri MHR veb-saytında münaqişənin tarixi haqqında informasiyanı qrafik hekayə şəklində əldə edə və öz dəstəyini bildirə bilərlər. Həmçinin, onlar erməni təcavüzü barəsində müxtəlif ictimai xadimlərin də fikrini öyrənə bilərlər. Bu layihə TEAS-ın bütün Avropa nümayəndəliklərində də fəaliyyətdə olacaq.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR