Nelson Pelleqrino: “Braziliya Dağlıq Qarabağ münaqişəsi barədə BMT-nin qəbul etdiyi 4 qətnamənin dərhal həyata keçirilməsinin tərəfdarıdır”

Nelson Pelleqrino: “Braziliya Dağlıq Qarabağ münaqişəsi barədə BMT-nin qəbul etdiyi 4 qətnamənin dərhal həyata keçirilməsinin tərəfdarıdır”
# 30 may 2013 12:53 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. “Braziliya Dağlıq Qarabağ münaqişəsi barədə Azərbaycanın ərazi bütövlüyü ilə bağlı BMT-nin qəbul etdiyi 4 qətnaməni dəstəkləyir və orada əks olunan bütün müddəaların dərhal həyata keçirilməsinin tərəfdarıdır”. APA-nın məlumatına görə, bunu Bakıda səfərdə olan Braziliya parlamentinin Xarici Əlaqələr və Müdafiə Komitəsinin sədri Nelson Pelleqrino bildirib.

O qeyd edib ki, Braziliya dövləti işğal olunmuş ərazilərdən olan məcburi köçkün və qaçqınların dərhal öz yurdlarına qayıtmasını və Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasını istəyir: “Bu gün Braziliya və Azərbaycan parlamentləri arasında əlaqələr inkişaf edir. Parlamentlərarası dostluq qrupunun işində lazımi məsələlər var ki, onların müzakirə olunması nəticəsində biz də digər qonşu ölkələrimiz kimi, Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı ilə bağlı qətnamələr qəbul edə bilək. Çünki burada xüsusi vurğuladığımız odur ki, qaçqın və məcburi köçkünlər öz yerlərinə qayıtsınlar və Azərbaycanın ərazi bütövlüyü təmin olunsun”.

Qeyd edək ki, bu gün Nelson Pelleqrinonun rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri Xiyabanda Heydər Əliyevin məzarını, daha sonra isə Şəhidlər Xiyabanını ziyarət edib. Bu gün nümayəndə heyətinin Azərbaycan Milli Məclisində bir sıra görüşləri nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR