Kürdəmirdə şagird naməlum şəraitdə məktəb binasından yıxılıb

Kürdəmirdə şagird naməlum şəraitdə məktəb binasından yıxılıb
# 03 aprel 2014 08:41 (UTC +04:00)

Kürdəmir. Zahid Abişov - APA. Kürdəmirdə 16 yaşlı məktəbli qız naməlum şəraitdə məktəb binasından yıxılıb.

Rayon Polis Şöbəsindən APA-nın yerli bürosunun məlumatına görə, rayon sakini, şəhər 6 saylı məktəbin 10-cu sinif şagirdi Ələkbərova Aytac Mübariz qızı təhsil aldığı məktəb binasının 3-cü mərtəbəsindən yıxılıb.

Yaralı təcili olaraq, Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına gətirilib və ilkin tibbi yardım göstərildikdən sonra vəziyyəti ağır olduğundan müalicə üçün Bakıya göndərilib. Polisdən onu da bildirdilər ki, valideynlərinin dediyinə görə, A. Ələkbərova epilepsiya xəstəsidir və bir neçə gündür ki o ürək ağrılarından şikayət edib. Hadisə tənəffüs fasiləsi vaxtı baş verib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR