Bakıda pakistanlı qaçqın qarət edilib - VİDEO

Bakıda pakistanlı qaçqın qarət edilib - <span style="color: red;">VİDEO
# 03 aprel 2014 09:06 (UTC +04:00)

Xətai rayon Polis İdarəsindən (RPİ) APA-ya verilən məlumata görə, hadisə aprelin 2-də Xətai rayonu M.Hadi küçəsində qeydə alınıb.

Naməlum şəxs BMT xətti ilə qaçqın statusunda Bakı şəhərində müvəqqəti yaşayan Pakistan vətəndaşı Syed Reyhan Əli Syed Əlini bıçaqla hədələyərək 80 manatını alıb.

Xətai RPİ 34-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Taleh Hacıyev tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR