DİN: Rusiyanın Pyatiqorsk şəhərində Azərbaycan vətəndaşının terror aktı törətməkdə şübhəli bilinərək saxlanılması ilə bağlı araşdırma aparılır

DİN: Rusiyanın Pyatiqorsk şəhərində Azərbaycan vətəndaşının terror aktı törətməkdə şübhəli bilinərək saxlanılması ilə bağlı araşdırma aparılır
# 11 yanvar 2014 13:15 (UTC +04:00)

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Milli Antiterror Komitəsi məlumat yayıb.


Məlumatda bildirilib ki, hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində terror törətməkdə şübhəli bilinən 25 yaşlı Azərbaycan vətəndaşı Murad Atayev, 22 yaşlı Ramazan Xalizov, 60 yaşlı Vladimir Xalizov, 22 yaşlı Şamil Əbdüləzizov, 22 yaşlı Maqomed İbrahimov, 25 yaşlı Şamil Qazimaqomedov yaxalanıblar. İlkin təhqiqat zamanı adı çəkilən şəxslər məlum hadisəni törətdiklərini etiraf ediblər. Onlar ilkin ifadələrində törətdikləri terror aktından daha böyük terror aktı planlaşdırdıqlarını bildiriblər.


Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105,205 v. 317-ci maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır.

Azərbaycan Daxili İşlər Nazirliyindən APA-ya məsələ ilə bağlı araşdırma aparıldığı bildirilib.


Qeyd edək ki, ötən ilin dekabrın 27-də Pyatiqorsk şəhərinin Çerkassk prospektində yerləşən Dövlət Yol Patrul Xidmətinin binası yaxınlığında güclü partlayış baş verib. Nəticədə 3 nəfər ölüb. Terror hadisəsi əldəqayırma partlayıcı vasitə sayəsində həyata keçirilib. Cinayətkarların daha irimiqyaslı terror hadisəsi törətmək niyyətində olduqları, lakin bunu həyata keçirə bilmədikləri müəyyən olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR