ABŞ-da orta məktəbdə atışma baş verib, yaralılar var

ABŞ-da orta məktəbdə atışma baş verib, yaralılar var
# 28 yanvar 2014 22:50 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Havay ştatındakı orta məktəblərin birində baş vermiş atışma nəticəsində bir neçə nəfər yaralanıb. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə yerli KİV-lər məlumat yayıb.

Məlumata görə, atəş açmaqda şübhəli bilinən şəxs artıq saxlanılıb.

İlkin məlumata görə, atışma nəticəsində 2 nəfər güllə yarası alıb.

Hadisəsnin təfərrüatları hələlik açıqlanmır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR