“Nida” üzvü inzibati qaydada həbs edilib

“Nida” üzvü inzibati qaydada həbs edilib
# 04 iyul 2013 13:23 (UTC +04:00)

Bakı. Fuad Cəfərov -APA. “Nida” Vətəndaş Hərəkatının üzvü Fuad Hacıyev saxlanılıb. Bu barədə APA-ya vəkil Anar Qasımlı məlumat verib.

A. Qasımlı qeyd edib ki, F. Hacıyevə qarşı İnzibati Xətalar Məcəlləsinin 310.1 (polisin qanuni göstərişinə tabe olmamaq) maddəsi ilə ittiham irəli sürülüb.

Xətai Rayon Məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə F. Hacıyev barəsində qərar çıxarılıb. Qərara əsasən, F. Hacıyev inzibati qaydada 10 sutka azadlıqdan məhrum edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR