Azərbaycan kənd təsərrüfatı sahəsində kooperasiyanı inkişaf etdirir

Azərbaycan kənd təsərrüfatı sahəsində kooperasiyanı inkişaf etdirir
# 31 yanvar 2014 09:50 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycanda «Kənd təsərrüfatının kooperasiyası haqqında» yeni qanun layihəsi parlamentin yaz sessiyasının gündəliyinə salınıb.

Milli Məclisdən APA-ya verilən məlumata görə, layihəyə əsasən, kənd təsərrüfatı kooperativi kənd təsərrüfatı məhsulları istehsalçılarının birgə fəaliyyət göstərmək üçün könüllü üzvlüyə əsaslanan birliyidir, iştirakçıların iqtisadi, sosial və başqa tələbatlarının ödənilməsi üçün yaradılan hüquqi şəxsdir.

Qanunun qəbulunda məqsəd ölkədə kənd təsərrüfatı kooperasiyasının yaradılması, təşkili, kənd təsərrüfatı kooperativləri və onların ittifaqlarının yaradılması, fəaliyyətinin hüquqi, təşkilati və iqtisadi əsaslarının müəyyənləşdirilməsi, kooperasiya prosesində yaranan münasibətlərin tənzimlənməsidir. Fermerlərin və aqrar sektorda fəaliyyət göstərən digər sahibkarların kooperasiyası inkişaf etmiş ölkələrinin təcrübəsinə əsaslanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR