İranla “altılıq” ölkələri arasında ekspertlər səviyyəsində görüş Vyanada keçiriləcək

İranla “altılıq” ölkələri arasında ekspertlər səviyyəsində görüş Vyanada keçiriləcək
# 03 dekabr 2013 08:59 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranla “altılıq” ölkələri arasındakı ekspertlər səviyyəsindəki görüşün yeri və tarixi məlum olub.

APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, İran Xarici İşlər Nazirliyinin sözçüsü Mərziyə Əfxəm bildirib ki, tərəflər dekabrın 9-10-da Vyanada bir araya gələcəklər.

Onun sözlərinə görə, müzakirələr Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) nəzarəti altında baş tutacaq: “Bu danışıqlar birgə fəaliyyət planının icrası hazırlıq məqsədi daşıyır. AEBA rəhbərliyi və ekspertləri müzakirələrdə müşahidəçi qismində iştirak edəcəklər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR