Qvatemalada avtobusun dərəyə yuvarlanması nəticəsində 43 nəfər ölüb

Qvatemalada avtobusun dərəyə yuvarlanması nəticəsində 43 nəfər ölüb
# 10 sentyabr 2013 02:41 (UTC +04:00)

Bakı-APA. Qvatemalada avtobusun dərəyə yuvarlanması nəticəsində ən azı 43 nəfər ölüb, 40 nəfər yaralanıb. APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, hadisə Qvatemala paytaxtından 64 kilometr aralıda, San Martin Hilopetek şəhəri yaxınlığında baş verib.

Qəzanın səbəbləri hələlik məlum deyil. Bəzi məlumatlara görə, yüklənmə üzündən avtobusun əyləc sistemi sıradan çıxıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR