“Gəncliyin səsi” adlı incəsənət festivalı keçiriləcək

“Gəncliyin səsi” adlı incəsənət festivalı keçiriləcək
# 24 yanvar 2014 16:54 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Yanvarın 26-dan fevralın 7-dək Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 2 fevral - Gənclər Gününə həsr edilən “Gəncliyin səsi” adlı incəsənət festivalı keçiriləcək.

Nazirlikdən APA-ya verilən məlumata görə, festival çərçivəsində muğam və klassik konsertlərin, sərgilərin, gənc ədiblərlə görüşlərin keçirilməsi nəzərdə tutulur. Festival tədbirləri Heydər Əliyev Sarayı, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Beynəlxalq Muğam Mərkəzi, M. F. Axundzadə adına Azərbaycan Milli Kitabxanası, Kamera və Orqan Musiqisi Zalı, "LN" incəsənət mərkəzi və “ART Council”da keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR