İrəvanda Ermənistan-Rusiya sazişlərinin ratifikasiyasına etiraz aksiyaları davam edir

İrəvanda Ermənistan-Rusiya sazişlərinin ratifikasiyasına etiraz aksiyaları davam edir
# 23 dekabr 2013 10:25 (UTC +04:00)

APA-nın “Armenia Today”ə istinadən xəbərinə görə, bu gün səhərdən etibarən də parlament binası qarşısına etirazçı vətəndaşlar toplaşıb. Onlar deputatları “xain”, “satqın”, “kölə” şüarları ilə qarşılayırlar.

Hazırda polis iştirakçılara aksiyanın qanunsuz olduğu və ictimai asayişi pozanların məsuliyyətə cəlb olunacağı haqqında xəbərdarlıq səsləndirir.

Qeyd edək ki, bu gün Ermənistan parlamentinin növbədənkənar iclasında Rusiya prezidenti Vladimir Putinin dekabrın 2-də İrəvana səfəri zamanı imzalanmış dövlətlərarası sazişlərin ratifikasiyası gözlənilir. Sənəd 2043-cü ilədək Ermənistana digər şirkətin qaz idxal etməsini qadağan edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR