Gəncə-Samux yolunda baş verən qəzada ölən və yaralananların kimliyi açıqlanıb - YENİLƏNİB - VİDEO

Gəncə-Samux yolunda baş verən qəzada ölən və yaralananların kimliyi açıqlanıb - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 28 oktyabr 2013 08:29 (UTC +04:00)

Samux rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, Gəncə şəhər sakini, 27 yaşlı Rəşad Fərəcculayevin idarə etdiyi “Ford” markalı mikroavtobusla, Samux rayon Qarayeri kənd sakini, 50 yaşlı Fikrət Musayevin idarə etdiyi “VAZ 2107” markalı avtomobilin toqquşması nəticəsində hər iki sürücü hadisə yerində ölüb.

“VAZ 2107”-də olan sərnişin, Şəmkir rayon Qılıncbəyli kənd sakini, 47 yaşlı Bəsti Abbasova ağır bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisə ötən gecə saat 2 radələrində baş verib. Faktla bağlı araşdırma aparılır.

***

09:31

Bakı – APA. Gəncədə faciə ilə nəticələnən yol qəzası baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Gəncə şəhərində “Ford” markalı mikroavtobusla “VAZ” markalı minik avtomobili toqquşub.

Qəza yerinə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, hər iki nəqliyyat vasitəsinin sürücüsü yerindəcə dünyasını dəyişib.

Xilasedicilər deformasiya uğramış avtomobillərdən sıxılmış vəziyyətdə qalmış meyitləri təhlükəsizlik qaydalarına riayət olunmaqla xüsusi alət və avadanlıqlar vasitəsi ilə çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR