İran müxalifətinin liderlərindən olan Mehdi Kərrubinin səhhətində ciddi problemlər yaranıb

İran müxalifətinin liderlərindən olan Mehdi Kərrubinin səhhətində ciddi problemlər yaranıb
# 23 oktyabr 2013 07:58 (UTC +04:00)

APA-nın “Radiofərda”ya istinadən verdiyi məlumata görə, bununla bağlı İranda İnsan Haqları üzrə Beynəlxalq Kampaniya açıqlama yayıb. Təşkilat İran Milli Etimad Partiyasının baş katibinin tibbi analizlərinin nəticələrini əldə etdikdən sonra belə bir qənaətə gəlib: “Mehdi Kərrubinin bədənində D vitaminin səviyyəsi xeyli düşüb. Buna səbəb onun Günəş işığı görməyən mühitdə saxlanılmasıdır”.

Qurumun bəyanatında deyilir ki, M. Kərrubi öz evində saxlanılır, bu yer isə təbii işıqdan uzaqdır, həmçinin onun təmiz hava almasına, parkda gəzməsinə icazə verilmir.

Təşkilat M. Kərrubinin vəziyyətinin təhdid doğurması ilə bağlı xəbərdarlıq edərək, İran prezidenti Həsən Ruhanidən onun, həmçinin ölkə müxalifətinin digər lideri Mirhüseyn Musəvi, onun həyat yoldaşı Zəhra Rəhnəvərd və digər tanınmış ictimai-siyasi xadimlərin azadlığa buraxılmasını tələb edib.

Qeyd edək ki, İran müxalifətinin liderlərindən olan Mirhüseyn Musəvi, onun həyat yoldaşı Zəhra Rəhnəvərd, həmçinin Mehdi Kərrubi 2009-cu ildə keçirilmiş prezident seçkilərinə etiraz etdiklərinə görə 2010-cu il fevralın 14-dən ev dustaqlığında saxlanılırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR