Gənc alim və mütəxəssislər üçün 2-ci qrant müsabiqəsinin nəticələri açıqlanıb

Gənc alim və mütəxəssislər üçün 2-ci qrant müsabiqəsinin nəticələri açıqlanıb
# 08 noyabr 2013 16:18 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycan prezidenti yanında Elmin İnkişafı Fondu gənc alim və mütəxəssislər üçün keçirdiyi 2-ci qrant müsabiqəsinin nəticələrini açıqlayıb.

Fondun icraçı direksiyasından APA-ya verilən xəbərə görə, gənc alim və mütəxəssislərin 2-ci qrant müsabiqəsi 2 fevral tarixində - Gənclər Günündə elan edilib.

Müsabiqəyə daxil olmuş 50 layihənin ideyalarının obyektiv formada orijinal ifadəsi (elektron və kağız daşıyıcılarda) və layihələrin əqli nəticələrinin müəlliflik hüququ qorunmaq məqsədilə Müəllif Hüquqları Agentliyində müvafiq qeydiyyatdan keçirilib. Layihələrin texniki və elmi ekspertizası işinə Elmin İnkişafı Fondunun daimi ekspertləri və müstəqil elmi ekspertlər, həmçinin xarici ekspertlər də cəlb olunublar. Gənc alim və mütəxəssislərin 2-ci qrant müsabiqəsi çərçivəsində 25 qalib layihə müəyyənləşdirilib, bu layihələrin yerinə yetirilməsi üçün 500 min manat məbləğində vəsait ayrılması qərara alınıb. Qalib layihələrdən 20-si fundamental-tətbiqi xarakterlidir, 3-ü isə müasir cihaz və avadanlıqlarla təminatı nəzərdə tutur. 2 layihə üzrə Azərbaycanda beynəlxalq konfrans təşkil olunacaq.

“Fundamental və tətbiqi geologiya elmi: nailiyyətlər, perspektivlər, problemlər və onların həlli yolları” mövzusunda Gənc alim və tələbələrin 5-ci beynəlxalq konfransı 14-15 noyabr tarixlərində Bakı şəhərində Fizika-riyaziyyat və texnika elmləri üzrə 7 layihə, Yer haqqında elmlər üzrə 4 layihə, Kimya elmləri üzrə 4 layihə, Biologiya, tibb və aqrar elmləri üzrə 7 layihə, Humanitar və ictimai elmlər üzrə 3 layihə qalib olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR