İran XİN: Böyük Britaniya ilə diplomatik əlaqələr bərpa olunacaq

İran XİN: Böyük Britaniya ilə diplomatik əlaqələr bərpa olunacaq
# 22 oktyabr 2013 10:15 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli - APA. Kanadada İranın maraqlarını bundan sonra Omanın, Kanadanın İrandakı maraqlarını isə İtaliyanın səfirliyi təmsil edəcək.

APA-nın məlumatına görə, bu barədə keçirdiyi brifinqdə İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Mərziyə Əfxəm bildirib.

M.Əfxəm əlavə edib ki, İranla Böyük Britaniya arasında da diplomatik əlaqələr bərpa olunacaq və iki ölkənin maraqları müvəqqəti işlər vəkilləri səviyyəsində qorunacaq: “Müvəqqəti işlər vəkilləri öz ölkələrin Xarici İşlər nazirliklərində çalışacaq və lazım gəldikdə, təyinat ölkələrini ziyarət edəcəklər”.

Qeyd edək ki, 2012-ci ildə Kanada İranın nüvə proqramı ilə əlaqədar İranın Ottavadakı səfirliyini bağlayaraq, səfirlik işçilərini arzuolunmaz şəxslər siyahısına daxil edib.

Böyük Britaniya isə Tehrandakı səfirliyini bağlayaraq, öz işçilərini bu ölkədən evakuasiya edib. Buna səbəb 2011-ci ildə Tehranda baş verən iğtişaşlar zamanı nümayişçilərin səfirliyə hücum etməsi və diplomatik nümayəndəliyə ciddi ziyan vurulması olub. Həsən Ruhaninin bu il prezident seçilməsindən sonra iki ölkə arasında diplomatik əlaqələrin normallaşması prosesi müşahidə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR